ONN İnformasiya Agentliyi

UEFA millimizə və “Qarabağ”a QADAĞA QOYDU

UEFA millimizə və “Qarabağ”a QADAĞA QOYDU
20 Oktyabr 2020 - 23:23

Azərbaycan milli komandasının və UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” klubunun ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub.

ONN media  xəbər verir ki, UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda milli komandaların və klubların oyunlarına qadağa qoyub.

Qərarın təhlükəsizlik naminə qəbul olunduğu deyilir. Bu ölkələrdə keçirilməsi nəzərdə tutulan matçlar üçün neytral meydanlar seçiləcək.

Qəbul olunmuş qərarlarla bağlı ətraflı məlumatla uefa.com saytına daxil olaraq tanış ola bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png