ONN İnformasiya Agentliyi

Ulduz futbolçu “Barselona”dan “İnter”ə keçir

Ulduz futbolçu “Barselona”dan “İnter”ə keçir
12 Sentyabr 2020 - 20:59

“Barselona”dan ayrılmağa yaxın olan Arturo Vidal “İnter”lə müqavilə imzalamağa hazırlaşır.

ONN media  xəbə verir ki, klub nümayəndələri 33 yaşlı oyunçu ilə müqavilənin detalları barədə razılığa gəlmək üçün görüşəcəklər.

Çilili yarımmüdafiəçinin 14 sentyabrda tibbi müayinədən keçməyə görə Milana gələcəyi gözlənilir.

Bundan əvvəl “İnter”in Vidalla illik 6 milyon avro maaş + bonuslar daxil olmaqla 2 illik müqavilə bağlayacağı bildirilmişdi.

Vidal “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın onu növbəti mövsüm komandanın heyətində görmək istəmədiyi üçün Kataloniya klubu ilə müqaviləsinə xitam vermək niyyətindədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png