ONN İnformasiya Agentliyi

Voleybol millimiz Latviyaya yollandı

Voleybol millimiz Latviyaya yollandı
19 Noyabr 2023 - 12:01

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

ONN media-nın məlumatına görə, Şahin Çatmanın rəhbərlik etdiyi komanda turnirə qatılmaq üçün Latviyaya yollanıb.

Yığma ilk oyununu noyabrın 20-də ev sahibi Latviyaya qarşı keçirəcək. Qızlarımız noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə də üz-üzə gələcəklər.

Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png