Vüqar Həşimov Şahmat Akademiyası rəsmi təsdiqləndi

Dünyanın tanınmış qrossmeysterlərindən biri olan mərhum şahmatçımız Vüqar Həşimovun adını daşıyan Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyasında (FIDE) rəsmi olaraq təsdiqlənib.

Akademiyanın mətbuat xidmətindən verilən məlumata görə, FIDE tərəfindən təsdiqlənən ABŞ, Rusiya, Almaniya, Sinqapur, Fransa, Malayziya, Qazaxıstan, Belarusiya kimi ölkələrin şahmat akademiyaları siyahısına Azərbaycandan Vüqar Həşimov Şahmat Akademiyası da qoşulub.

“Ümid edirik ki, FIDE siyahısında dünyanın ən güclü şahmatçıları sırasında yer almış qrossmeyster Vüqar Həşimovun adını daşıyan akademiya da öz bayrağını beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında yüksəkliklərdə layiqincə dalğalandıracaq”, – deyə akademiyadan bildirilib.