ONN İnformasiya Agentliyi

Vyana “Qarabağ”da gözlənilməz istefa

Vyana “Qarabağ”da gözlənilməz istefa
14 Mart 2018 - 15:06

Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış Vyana “Qarabağ”ında gözlənilməz istefa olub.

ONN media xəbər verir ki, Avstriyanın Şərq regional liqasında çıxış edən komandanın baş məşqçisi Volkan Kahraman vəzifəsindən getdiyini açıqlayıb.

Dünən klub rəhbərliyi ilə görüşən türk mütəxəssis qarşılıqlı razılıq əsasında ayrılıb. Klubun baş meneceri Ramin Şükürov ona uğurlar arzulayıb. 

Qeyd edək ki, “Qarabağ”da azərbaycanlı futbolçular da oynayırlar. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından, Emil Fərzəliyev yanvardan komandaya keçib. Vyana təmsilçisi hazırda turnir cədvəlində 27 xalla VII pillədədir və liderdən 10 xal geri qalır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png