ONN İnformasiya Agentliyi

“Xəstəyəm, ana ola bilmirəm”

“Xəstəyəm, ana ola bilmirəm”
19 May 2020 - 3:00

Türkiyəli eks-futbolçu Burak Qeyzemerin braziliyanı həyat yoldaşı Larisa Qeyzemer sosial mediada ona ünvanlanan “Niyə övladınız yoxdur” suallarına əsəbiləşib.

ONN media  xəbər verir ki, sənətçi bununla bağlı sosial media hesabında paylaşım edib. Larisa bildirib ki, doğuşdan gələn xəstəlik səbəbilə ana ola bilmir:

“Bilirəm ki, çoxunuz xoş niyyətlə soruşursunuz. Xəstəyəm, ana ola bilmirəm. Amma hədsiz və pis rəylər verilməyə başlanıb. Həm mənim, həm də bu vəziyyətdə olan qadınlar üçün bəsdirin. Özümü belə qəbul etmişəm. Burak da məni belə qəbul edib. Xoşbəxtəm, siz də xoşbəxt olun. Hamınızı çox sevirəm”.

Onun bu paylaşımından sonra cütlüyə xeyli sayda dəstək mesajları yazılıb.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png