Xorvatiya 1/4 finala yüksəldi- Yenilənib

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

ONN media xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda

Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.

***

Yaponiya – Xorvatiya matçı başladı.

***

Yaponiya 44-cü dəqiqədə Maedanın qolu ilə hesabı açdı.

***

Perişiç 55-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

***

Yaponiya – Xorvatiya qarşılaşmasının əsas vaxtı bərabərliklə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılacaq. Əgər əlavə vaxtda da tarazlıq pozulmasa, penalti zərbələrinə müraciət olunacaq.

***

Matçda qalibi müəyyən etmək üçün penalti zərbələri vurulacaq.

***

Xorvatiya penaltilər seriyasında Yaponiyanı 3-1 məğlub etdi və bununla növbəti mərhələyə vəsiqə qazandı.