Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Almaiya və Yaponiya yığmaları arasında E qrupunun I turun oyunu başlayıb.
ONN media xəbər verir ki, qarşılaşma “Xəlifə” stadionunda keçirilir.
***
İlkay Gündoğan 33-cü dəqiqədə penalti zərbəsi ilə Almaniya yığmasını 1-0 önə keçirdi.
***
Yaponiya Doanın 75-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirdi: 1-1.
***
Yapaniya matçın 83-cü dəqiqəsində Asanonun qolu ilə hesabda irəli çıxdı: 2-1.
***
Yaponiya ilk hissədə 1-0 geridə olduğu oyunda 2-1 hesabı ilə qalib gəldi.