ONN İnformasiya Agentliyi

Yığmamız Avstriyada birinci oldu

Yığmamız Avstriyada birinci oldu
18 Fevral 2018 - 23:10

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

ONN media Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, millimiz yarışın ikinci günündə də medalsız qalmayıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalını qazanıb. Kanada, Avstriya, Rusiya və İtaliya cüdoçularına qalib gələn yığmamızın üzvü yalnız çempionatda birinci yeri tutan Yaponiya təmsilçisinə uduzub.

Beləliklə, Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Dadaşova qədər Orxan Səfərov, Mehman Sadıqov "qızıl", Telman Vəliyev "gümüş", Vüqar Şirinli isə "bürünc"ə sahib olub.

Yekun nəticədə cüdo yığmamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq, birinci yeri tutub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png