ONN İnformasiya Agentliyi

Yığmamızın keçmiş baş məşqçisi vəfat etdi

Yığmamızın keçmiş baş məşqçisi vəfat etdi
22 Avqust 2019 - 13:42

Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.

ONN media xəbər verir ki, braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.

Braziliyada “Riu Qrande du Sul” klubunu çalışdıran Miltinyo ötən həftə keçirdiyi insultdan sonra xəstəxanaya yerləşdirilib və orada ölüb.

“Professor” ləqəbli baş məşqçi 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Yığmamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png