Ərəblər ruslarla danışıqlara başladı: Türk bankı üçün

Rusiyanın “Sberbank”-ı Türkiyənin “Dənizbank”-nın nizamnamə kapitalındakı payını satmağa qərar verib.

ONN media xəbər verir ki, bu barədə informasiyanı “Sberbank”ın mətbuat xidməti yayıb. Bank danışıqların Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts NBD” bankı ilə aparıldığını bildirib. Danışıqların hələlik başlanğıc mərhələsində olduğu vurğulanıb.

Qeyd edək ki, “Sberbank” “Dənizbank”dakı payını 2012-ci ildə Belçikanın “Dexia” qrupundan 2,79 milyard avroya alıb.