ONN İnformasiya Agentliyi

Əhalinin banklarda olan əmanətlərinin məbləği nə qədərdir? – AÇIQLAMA

Əhalinin banklarda olan əmanətlərinin məbləği nə qədərdir? – AÇIQLAMA
23 Yanvar 2020 - 21:16

2019-cu il dekabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 8681,5 milyon manat təşkil edib.

ONN media bildirir ki, əmanətlərin 54,1 faizi xarici, 45,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,0 faiz artıb, xarici valyutada əmanətlər isə 7,1 faiz azalıb.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,89 (1,90) manata, 100 Rus rubluna 2,70 (2,63) manata bərabər olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png