ONN İnformasiya Agentliyi

Əhaliyə dollar satışı ilə əlaqədar — VACİB XƏBƏR

Əhaliyə dollar satışı ilə əlaqədar — VACİB XƏBƏR
01 Aprel 2020 - 17:26
“Azərbaycan bankları ABŞ dollarının satışını məhdudlaşdırmayıb”.

ONN media xəbər verir ki, bunu  açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bundan sonra ölkə vətəndaşlarına ildə bir dəfə ABŞ dolları satılacağı ilə bağlı yayılmış məlumata münasibət bildirərkən deyib.

“Bu, düzgün məlumat deyil. Həmişəki kimi, vətəndaşlar 500 ABŞ dollarına qədər xarici valyutanı şəxsiyyət vəsiqəsi ilə, 500 ABŞ dollarından 20 000 manat ekvivalentinə qədər xarici valyutanı blank doldurmaqla, 20 min manat ekvivalenti və ondan artıq xarici valyutanı isə vəsaitin mənbəyi ilə bağlı sənədləri təqdim etməklə ala bilərlər. Bundan başqa, hər hansı yeni bir qərar yoxdur. Sadəcə vətəndaşlar karantin rejiminin şərtlərini əməl etməklə, istənilən bankda istənilən qədər valyuta mübadisəsi əməliyyatı aparsınlar”, – o qeyd edib.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png