ONN İnformasiya Agentliyi

2018-ci ilin dövlət büdcəsi təsdiq olundu

2018-ci ilin dövlət büdcəsi təsdiq olundu
01 Dekabr 2017 - 16:52

Milli Məclisdə 2018-ci il üçün dövlət büdcə layihəsi təsdiq olunub.

ONN media xəbər verir ki, spiker Oqtay Əsədov layihəyə təklif edilən dəyişiklikləırə baxmaq üçün hökümətə verilən vaxtın sona çatdığını və artıq hökumət üzvlərinin bu təklifləri dəyərləndirdiyini bildirib.

Daha sonra iclasda çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin komitə və plenar iclaslarında müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər və tövsiyələr hökumət tərəfindən ətraflı təhlil edilib.

Nazir bildirib ki, müzakirələr və Prezidentin təklifləri əsasında layihədə bəzi dəyişikliklər edilib:

“Ehtiyac meyarının haqqında qanuna düzəliş edilib. Düzəlişə əsasən ehtiyac meyarının həddi 14 manat artırılaraq 130 manata çatdırılıb. Xərclər parametrləri üzrə də bir sıra dəyişikliklər edilib”.

Nazir deyib ki, Milli Məclisə büdcə müzakirələri zamanı qaldırılan məsələlər prezidentə məruzə olunub:

“Prezidentin tapşırığı ilə eşitmə və və ürək qüsuru ilə doğulan uşaqların müalicəsi və əməliyyatı üçün büdcədən 4 milyon manat vəsait ayrılacaq. Növbəti ildən həmin xəstələrin müalicəsinə başlanacaq. Bununla əlaqədar Səhiyyə və Maliyyə nazirlikləri arasında ayrıca müzakirə də aparılacaq”.

Samir Şərifov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsində siyasi partiyaların büdcəsi 3.1 milyon, QHT-lərə Dövlət Dəstəyi Şurasına isə 5.6 milyon manata ayrılacaq:

“Milli Məclisin xərcləri üçün əlavə 1 milyon 200 min manat artırılması nəzərdə tutulub. Bu məbləğ Milli Məclisin mətbə, avadanlıq və digər xərclər üçün tam maliyyə təminatı yaradacaq”

Nazir əlavə edib ki, bir sıra təşkilatlara da əlavə maliyyə ayrılması nəzərdə tutulub:

“Üzeyir Hacıbəyov adına simfonik orkestrin əməkdaşlarının maaşlarının artırılması, habelə Bakı şəhərində sahibsiz heyvanların idarə edilməsi üçün 3.8 milyon manat vəsait ayrılması nəzərdə tutulub”.

Samir Şərifov qeyd edib ki, Təhsil Nazirliyinin xərclər bölməsindən 46 milyon manta tələbələrə xərc maddəsinə yönləndiriləcək. Bununla da, tələbələrə ayrılan vəait 70 milyon manata çatdırılacaq. Bu ötən illə müqayisədə 19.3 faiz çoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png