ONN İnformasiya Agentliyi

“ACSC Logistics” MMC Daşkənddə “XIV Beynəlxalq Nəqliyyat və Logistika” sərgisində təmsil olunacaq

“ACSC Logistics” MMC Daşkənddə “XIV Beynəlxalq Nəqliyyat və Logistika” sərgisində təmsil olunacaq
07 Noyabr 2017 - 23:37

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə daxil olan “ACSC Logistics” MMC noyabrın 15-17-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “XIV Beynəlxalq Nəqliyyat və Logistika” sərgisində iştirak edəcək.

Sərgidə “ACSC Logistics” MMC-nin göstərdiyi xidmətlər barədə maraqlı şəxslər məlumatlandırılacaq. Həmçinin iştirakçılara xüsusi bukletlər paylanılacaq.

“TransUzbekistan” təcrübə mübadiləsi, rəqibləri müəyyənləşdirmək, yeni işgüzar əlaqələr qurmaq və bazarın son vəziyyətini öyrənmək baxımından unikal platformadır. Sərgiyə dünyanın 27 ölkəsindən təxminən 3568 qonağın qatılması gözlənilir. Bu da tədbirin əhəmiyyətini artırır.

Xatırladaq ki, “ACSC Logistics” MMC həm ölkə daxilində, həm də xaricdə nəqliyyat və logistika xidmətləri göstərir. Şirkətin əsas məqsədi Avropa ilə Asiya arasındakı ən qısa marşrut kimi qədim İpək Yolu, xüsusilə Transxəzər Nəqliyyat Dəhlizinin tam istifadəsini təşviq etmək, bu istiqamətdə əlavə yük daşıma imkanlarını araşdırmaq və həyata keçirməkdən ibarətdir.

Şirkət fəaliyyətini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin qoyduğu ənənələr əsasında həyata keçirir. Belə ki, şirkət şəffaf və aydın tarif siyasəti, innovativ iş üsullarından istifadə, əlavə xərcləri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaranmış problemlərin həllində sürətlilik, müqavilələrə uyğun vəzifələrin peşəkar və vaxtında yerinə yetirilməsi kimi vacib prinsiplərlə işləyir.

“ACSC Logistics” MMC-nin xidmət dairəsi genişdir. Şirkət müştərilərinə yüklərin daşınması üçün ən optimal marşrut seçimi, təhlükəli və irihəcmli yüklər və onların daşınma şərtləri barədə tövsiyələr verir, yüklərin Xəzər dənizi, Qara dəniz, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, MDB və Baltik ölkələrinin həm dəmir, həm də dəniz yolları ilə daşınmasını həyata keçirir. Bundan başqa, daşıma zamanı tələb olunan sənədləşmə və müşayiət xidmətlərinin, o cümlədən gömrük rəsmiləşdirilməsi, sığorta, gəmi agenti, nəqliyyat, ekspedisiya və digər xidmətlərin göstərilməsini də təşkil və təmin edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png