ONN İnformasiya Agentliyi

85 min ton Azərbaycan nefti bu ölkəyə daşınır

85 min ton Azərbaycan nefti bu ölkəyə daşınır
03 Avqust 2020 - 20:45

Azərbaycandan Belarusa yola düşən neft tankeri avqustun 4-5-də Odessa limanına gələcək.

ONN media  xəbər verir ki, bu barədə Belarusun “Belneftekim” konserninin mətbuat katibi Aleksandr Tişenko açıqlama verib.

“Avqustun 2-də 85.000 ton Azərbaycan nefti olan bir tanker Supsadan (Gürcüstan limanı) çıxıb. Avqustun 4-5-də Yujnı limanına gəliş gözlənilir”, – Tişenko bildirib.

Xatırladaq ki, ilin əvvəlində Minsk və Moskva arasında Rusiya neftinin respublikaya tədarükü ilə bağlı yaranan fikir ayrılıqlarına görə, Belarus alternativ tədarükçülərdən xammal almağa başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti artıq Mozırdakı neftayırma zavoduna 420.000 ton neft tədarük edib. Ümumilikdə bu il Belarus ARDNŞ-dən 1 milyon tona qədər neft ala bilər. Bununla yanaşı, Rusiya neft şirkətləri Belarusa 2020-ci ilin yanvar-iyul aylarında 6,14 milyon ton neft tədarük edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 37,4% azdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png