AMB-də vəzifəli şəxs işdən çıxarıldı- SƏBƏB NƏDİR?

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Aqşin Vəliyev vəzifəsindən azad edilib.

ONN media xəbər verir ki, hələlik onun yerinə təyinat yoxdur.

Bununla da AMB-də baş direktorların sayı 6-ya enib.

Digər baş direktorlar – Ziya Zəfər oğlu Əliyev, Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev, Fərid Tofiq oğlu Osmanov, Gülər Azər qızı Paşayevadır.