ONN İnformasiya Agentliyi

AYİB Bakıya manatla kredit verəcək

AYİB Bakıya manatla kredit verəcək
04 Fevral 2018 - 11:34

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana milli valyutada kreditlər verməkdə davam edəcək.

ONN media xəbər verir ki, AYİB-in baş ofisindən Trend-ə verilən məlumatda qeyd olunub ki, bunun üçün müştərilər tərəfindən də maraq olmalıdır.

Bankdan bildirilib ki, AYİB əvvəlki kimi manat istiqrazlarının buraxılmasını hədəfləyir: “Azərbaycanın milli valyutasında istiqrazların buraxılması bizim məqsədlərimizdən biridir və biz müvafiq orqanlarla müzakirələrimizi davam etdiririk. Biz bazarı izləməliyik, çünki qərarımıza təsir göstərən bir çox xarici amil var”.

Əlavə olunub ki, hazırda istiqrazların buraxılışı üzrə dəqiq vaxt çərçivəsi yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png