ONN İnformasiya Agentliyi

Azərbaycan balı Çin bazarına çıxarıla bilər

Azərbaycan balı Çin bazarına çıxarıla bilər
09 Dekabr 2017 - 16:57

Azərbaycanda istehsal olunan balın xüsusiyyətlərini, yerli bazarda yuxarı qiymətini, dünya idxal qiymətlərini və Avropa ölkələrində pərakəndə satış qiymətlərinin 4-8 € arası olmasını nəzərə alaraq, yerli bal yalnız xarici "niş" və ya "premium" bazarlarda "Eko" (BİO) və ya "Orqanik" məhsul kimi yer ala bilər.

ONN media report.az-a istinadən bildirir ki, bu bazarlara Avropa ölkələri və Çin aiddir. Avropanın "niş" bazarlarında satılan balın payı ümumi Avropa bal bazarının 15- 20%-ni əhatə edir. Çində istehlakçıların premium bal məhsullarına verdiyi dəyəri nəzərə alaraq Çin bazarı da cəlbedici hesab edilə bilər. Azərbaycan balının həmin bazarlara daxil olması üçün məhsulun beynəlxalq standartlara (hər bir ölkə üçün bu standartlar fərqlənə bilər) uyğunlaşdırılması, sertifikatlaşdırılması, qablaşdırılması, etiketlənməsi mütləqdir.

Qeyd edək ki, son illər Azərbaycanda bal ixracı ənənəsi yaranıb və 2016-cı ildə 6,1 ton bal ixrac olunub. Eyni zamanda həmin ildə 87,7 ton bal idxalı həyata keçirilib. 2016-cı ildə Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti 8 min ABŞ dolları olub, bu isə dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə yüksəkdir. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png