ONN İnformasiya Agentliyi

Azərbaycan neftinin qiyməti 67 dollara çatıb

Azərbaycan neftinin qiyməti 67 dollara çatıb
12 Dekabr 2017 - 23:32

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 66,93 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,14 dollar/barel çoxdur.

ONNmedia bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 66,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,17 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 11-də 62,92 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,27 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 11-də 65,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar/barel çoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png