ONN İnformasiya Agentliyi

Azərbaycan neftinin QİYMƏTİ dəyişdi

Azərbaycan neftinin QİYMƏTİ dəyişdi
18 Sentyabr 2019 - 23:44

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 68,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,4 dollar/barel azdır.

ONN media bildirir ki,  barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,42 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,53 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 65,7 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,5 dollar/barel azdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png