ONN İnformasiya Agentliyi

Azərbaycan və Türkiyə arasında iş icazəsi rüsumu azaldıla bilər

Azərbaycan və Türkiyə arasında iş icazəsi rüsumu azaldıla bilər
02 Fevral 2018 - 11:49

“Azərbaycan və Türkiyə arasında iş icazəsi üçün ödənilən dövlət rüsumunun endirilməsi ilə bağlı müqavilənin hazırlanması üzərində iş gedir”.

ONN media Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Azərbaycan və Türkiyə arasında iş icazəsinin verilməsi ilə bağlı kiçik problemlər var: “Bu problemlərin həlli istiqamətində iş gedir. Azərbaycan qanunvericiliyinə görə, iş icazəsi üçün dövlət rüsumu 1000 manatdır. Bu məsələ ikinci dövlətlə ikitərəfli müqavilə ilə tənzimlənməlidir. Hazırda Türkiyə ilə bu müqavilə üzərində iş gedir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png