ONN İnformasiya Agentliyi

Azərbaycana məhsul idxal edən ölkələr — SİYAHI

Azərbaycana məhsul idxal edən ölkələr — SİYAHI
12 Yanvar 2018 - 14:44

Azərbaycandan idxal olunan məhsulların böyük hissəsi Rusiyanın payına düşüb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,5%-i Rusiya, 14,7%-i Türkiyə, 9,8%-i Çin, 8,7%-i ABŞ, 5,2%-i Ukrayna, 4,9%-i Almaniya, 3,6%-i İtaliya, hər biri 2,7% olmaqla İran və Birləşmiş Krallıq, 2,2%-i Braziliya, 1,9%-i Yaponiya,  hər biri 1,7% olmaqla Norveç və Fransa, 22,7%-i isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.

Ötən ilin yanvar-noyabr aylarında 1 mln. 386 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 24,1%, real ifadədə isə 21,8% çoxdur.

Ticarət əməliyyatlarında 114 ölkəyə məhsul ixrac olunub, 176 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ötən ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 mln. 809 min. ABŞ dolları, o cümlədən ixracın dəyəri 14 mln. 018 min dollar, idxalın dəyəri 7 mln.790 min dollar təşkil edib. Nəticədə 6 mln. 228 min dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6% artıb, real ifadədə isə 10,9%, o cümlədən ixrac 6,5%, idxal 17,6% azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4%-ini İtaliyaya, 10,5%-ini Türkiyəyə, 4,5%-ini  İsrailə, 4,2%-ini Rusiyaya, 3,9%-ini Kanadaya, 3,8%-ini Çexiyaya, 3,6%-ini Almaniyaya, 3,5%-ini Çinə, 3,4%-ini Gürcüstana, 3,2%-ini İndoneziyaya, 3,0%-ini Portuqaliyaya,  2,9%-ini Hindistana,  2,7%-ini Fransaya, 2,4%-ini  Ukraynaya, qalan 17,0%-ini  isə digər ölkələrə göndərilən məhsulların dəyəri təşkil edib.

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png