ONN İnformasiya Agentliyi

Azərbaycanda benzin istehsalı azaldı

Azərbaycanda benzin istehsalı azaldı
02 İyun 2021 - 23:33

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil benzinin istehsalı 10,0 faiz azalıb.

ONN media  xəbər verir ki, ümumilikdə qeyd olunan müddət ərzində ölkədə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 198,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə1,4 faiz azalıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesindəistifadə üçün benzinin istehsalı 35,0 faiz, neft koksunun istehsalı 13.8 faiz, dizel yanacağının istehsalı 6,0 faiz artmış, neft bitumunun istehsalı 14,8 faiz, ağ neftin istehsalı 20,3 faiz, yanacaq mazutunun istehsalı 27,1 faiz azalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png