ONN İnformasiya Agentliyi

Azərbaycanda devalvasiya olacaq? – Deputat AÇIQLADI

Azərbaycanda devalvasiya olacaq? – Deputat AÇIQLADI
04 May 2021 - 12:28

Azərbaycanda devalvasiyaya heç bir əsas yoxdur.

ONN media xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı iqtisadçı deputat Əli Məsimli deyib.

O əlavə edib ki, hazırda Azərbaycan milli valyutasına təsir edən iki element müsbət istiqamətdədir.

Əli Məsimli bildirib ki, manatın məzənnəsinə təsir edən iki faktor neftin qiyməti və makroiqtisadi göstəricilərdir: “Hər iki element devalvasiyaya əsas olmadığını ortaya qoyur. Eyni zamanda, büdcədə nəzərdə tutulan neftin qiyməti ilə bu gün neftin real qiyməti manat məzənnəsində çox müsbətdir. Başqa sözlə, dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulan qiymətdən 33% bahadır”.

Deputat qeyd edib ki, kommersiya bankları bu günlər dolların satışına məhdudiyyət tətbiq edir. Əli Məsimli söyləyib ki, Mərkəzi Bank kommersiya banklarının bu addımı ilə bağlı tutarlı açıqlama verməlidir: “Bunu da “çirkli pullar”ın yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Hesab edirəm ki, “çirkli pullar”ın yuyulmasının qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər tədbirlər var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png