Azərbaycanda qızıl bahalaşdı
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
ONN media bildirir ki, avqustun 7-də qızılın qiyməti avqustun 6-ı ilə müqayisədə 36,9665 manat artaraq 1 unsiya üçün 2524,3215 manat təşkil edib.
Gümüş 0,5006 manat bahalaşaraq 1 unsiya üçün 28,4464 manata bərabər olub.
Platinin qiyməti 1,9465 manat azalaraq 1453,1005 manat, palladiumun qiyməti 0,8585 manat artaraq 2440,384 manat təşkil edib.