Azərbaycanda qızıl bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

ONN media xəbər verir ki, avqustun 8-də qızılın qiyməti avqustun 7-i ilə müqayisədə 27,3275 manat artaraq 1 unsiya üçün 2551,649 manat təşkil edib.

Gümüş 0,7458 manat bahalaşaraq 1 unsiya üçün 29,1922 manata bərabər olub.

Platinin qiyməti 19,006 manat artlaraq 1472,1065 manat, palladiumun qiyməti 9,5115 manat azalaraq 2430,8725 manat təşkil edib.