Azərbaycanda un ucuzlaşdı

Azərbaycanda un ucuzlaşıb.

ONN media xəbər verir ki, “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib.

Dünya taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata nisbəti nəzərə alınmaqla Azərbaycanda unun bir tonunun qiyməti 55 manat ucuzlaşıb.