ONN İnformasiya Agentliyi

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
25 Yanvar 2019 - 4:43

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 62,74 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,44 dollar/barel azdır.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,29 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti əvvəlki qiymətlə müqayisədə dəyişməyib və 60,98 dollar/barel təşkil edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png