ONN İnformasiya Agentliyi

Azərbaycan neftinin qiyməti

Azərbaycan neftinin qiyməti
07 Yanvar 2019 - 23:32

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 58,27 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,93 dollar/barel çoxdur.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 56,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,93 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 52,29 dollar/barel təşkil edib ki,  bu, əvvəlki qiymətdən 0,95 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 55,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,02 dollar/barel çoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png