ONN İnformasiya Agentliyi

Azərbaycanda daha bir məhsulun qiyməti bahalaşdı

Azərbaycanda daha bir məhsulun qiyməti bahalaşdı
03 Dekabr 2022 - 14:09

Azərbaycanda uzun və yumru düyünün qiymətlərində bahalaşma müşahidə olunub.

ONN media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda uzun və yumru düyü ötən ilin oktyabrı müqayisədə bu ilin oktyabrında bahalaşıb.

Uzun düyünün 1 kiloqramının orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 3,98 manatdan bu il 4,45 manata yüksəlib. Bununla da orta qiymət 56 qəpik, yəni 14,3 faiz artıb.

Yerli uzun düyü ötən illə müqayisədə 82 qəpik, yəni 19,4% bahalaşaraq, 5,05 manat təşkil edib. İdxal edilən uzun düyünün qiyməti də 38 qəpik, yəni 10,7% artaraq 3,93 manat olub.

1 kiloqram yumru düyünün orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 42 qəpik, yəni 18,4% artıb və 2,70 manat təşkil edib.

Yerli yumru düyünün qiyməti 39 qəpik, yəni 16,6% bahalaşaraq 2,74 manat, idxal olunan düyünün qiyməti 44 qəpik, yəni 20% faiz artaraq 2,66 manata yüksəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png