ONN İnformasiya Agentliyi

Azərbaycanda kartof bahalaşır?- AÇIQLAMA

Azərbaycanda kartof bahalaşır?- AÇIQLAMA
23 İyun 2018 - 17:50

"Düşünürəm ki, yaxın zamanlarda Türkiyədə kartofun qiymətinin qalxmasının ölkəmizdə təsirini görməyəcəyik. Azərbaycanın kartof sahəsində məhsuldarlığı bu il kifayət qədərdir. Qiymətlər də yüksək deyil. Son zamanlar Azərbaycana Türkiyədən daha çox İrandan kartof gətirilir və qiymətlər də kifayət qədər məqbuldur”. 

ONN media xəbər verir ki, bunu Türkiyədə kartofun bahalaşmasının Azərbaycana təsirləri haqda danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

Türkiyədə kartofun bahalaşmasının müxtəlif səbəblərinin olduğunu deyən ekspert bildirib ki, bunun daxili bazarla, ölkədə gedən proseslərlə birbaşa əlaqəsi var: 

"Son zamanlar Türkiyədə kartofçuluq rayonlarında hava şəraiti kəskin pisləşmişdi. Bu da məhsuldarlığa və qiymətlərin qalxmasına təsir etdi. Türkiyədə kartofun qiymətinin qalxmasının Azərbaycana psixoloji təsirləri ola bilər. Azərbaycan ixraca daha çox diqqət etsə, o zaman bazarlarda qiymət yüksələ bilər. Türkiyədə kartofun bir kilosu təxminən 3 manatdır. Azərbaycanda isə 1 manatdan aşağıdır. Yaxın zamanlarda olmasa da, bir müddət sonra ola bilsin ki, ölkəmizdə də kartofun qiyməti qalxsın”. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png