ONN İnformasiya Agentliyi

Azərbaycanlı milyarderin şirkəti birinci oldu

Azərbaycanlı milyarderin şirkəti birinci oldu
16 Sentyabr 2019 - 21:36

“Forbes” Rusiyanın iri şirkətlərinin reytinq cədvəlini hazırlayıb.

ONN media xəbər verir ki, siyahıdakı şirkətlər illik gəlirinə və əməkdaşlarının sayına görə sıralanıb. İlk yeri Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərovun “LUKoyl” şirkəti tutub. Ötən il şirkət 8,036 trilyon rubl qazanıb. İşçilərinin sayı isə 102 min nəfərdən çoxdur.

İkinci yerdə 1,867 trilyon rubl gəlirlə “Surqutneftqaz” qərarlaşıb.

Üçüncü yeri isə 1,533 trilyon rubl gəlirlə ” Retail Group” tutub.

Dördüncü yer 1,237 trilyon rubl gəlirlə “Maqnit”indir.

Top-5-I “Tatneft” tamamlayır.

Siyahının ilk 10-luğunu “Novatek”, Evraz, NLMK, “Noril nikeli” və “Meqapolis” tamamlayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png