ONN İnformasiya Agentliyi

“Azeri Light” nefti ucuzlaşıb

“Azeri Light” nefti ucuzlaşıb
07 May 2021 - 12:04

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

ONN media bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,2 ABŞ dolları və ya 1,72% azalaraq 68,39 dollar təşkil edib.

Xatırladaq ki, Bu ilin aprel ayının nəticələrinə əsasən, dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 64,83 ABŞ dollarına bərabər olub ki, bu da mart ayının orta qiyməti ilə müqayisədə 2,42 dollar və ya 3,6% azdır. Aprel ayında ən yüksək göstərici (aprelin 29-u) – 67,71 dollar təşkil edib, ən minimal göstərici isə (aprelin 7-si) 61,63 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 6,4% və ya 4,02 dollar artıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png