Bakı şəhəri üzrə əsas kapitala 12 milyard 331,2 milyon manat məbləğində vəsait yönəldilib

2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə əsas kapitala 12 milyard 331,2 milyon manat məbləğində, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz az vəsait yönəldilib.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı şəhər Statistika İdarəsinin məlumatına əsas kapitala yönəldilmiş vəsaitin 8841,9 milyon manatı və ya 71,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.