ONN MEDİA

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər olub?

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər olub?
02 Avqust 2019 - 21:45

Bakıda 2019-cu ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 2 milyard 485,5 milyon manat olub.

ONN media xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 938,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 78,0 faizini təşkil edib.

Hesabat dövründə iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,4 faiz artaraq 478,1 milyon manat olub. Dövriyyənin 44,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyun aylarına nisbətən 2,9 faiz azalaraq 211,6 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png