ONN İnformasiya Agentliyi

Bakıda Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlərinin toplantısı keçiriləcək

Bakıda Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlərinin toplantısı keçiriləcək
24 May 2022 - 14:33

Mayın 26-da Türk Dövlətləri Təşkilatının (TDT) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə Məsul Nazirlərinin Xüsusi Toplantısı Bakıda keçiriləcək.

Bu barədə TDT məlumat yayıb.

Bildirilir ki, tədbir Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ev sahibliyi və TDT-nin baş katibi Bağdad Amrəyevin moderatorluğu ilə keçiriləcək. İclasda TDT-nin Üzv və Müşahidəçi Dövlətlərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə məsul nazirləri iştirak edəcək

“TEKNOFEST Azərbaycan” Aviasiya və Texnologiya Sərgisi ilə üst-üstə düşən nazirlərin görüşü “Take Off Baku” Müəssisələri Sammiti və “TEKNOFEST”in Açılış Mərasimi ilə başlayacaq.

İclasda iştirak edən nazirlər, yüksək vəzifəli dövlət rəsmiləri və ekspertlər “TEKNOFEST” turunda iştirak edəcək və müxtəlif pavilyonları ziyarət edəcəklər.

Həmin günün II yarısında nazirlər rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət, kibertəhlükəsizlik alt işçi qrupları çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq, İKT infrastrukturunun inkişafı üzrə birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında İKT sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi, TDT-yə üzv dövlətlər arasında “Ümumi Mobil Cihaz Qeydiyyat Sistemi”nin hazırlanması, “TDT Rəqəmsal İnnovasiya Kataloqu” layihəsinin hazırlanması məsələlərini müzakirə edəcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png