Beynəlxalq Bankın İdarə Heyətində DƏYİŞİKLİK – Murad Şirəliyev vəzifəsindən…

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Murad Şirəliyev vəzifəsini tərk edib.

ONN media xəbər verir ki, bu barədə Trend-ə bankdakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, M.Şirəliyev vəzifəni öz istəyi ilə tərk edib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildən fəaliyyət göstərir.