Bitkoin yenə bahalaşdı

Bitkoin bahalaşmağa davam edərək daha bir rekord yeniləyib.

ONN media      xəbər verir ki, “Binance” birjasında Bakı vaxtı ilə saat 16.18-ə olan vəziyyətə görə bitkoin ötən günə nisbətən 8,11 % bahalaşaraq 56,910 ABŞ dollarından satılıb. Həmçinin “Coin MarketCap” 20-dən artıq birjadakı hərrac nəticələrinə əsasən xəbər verir ki, bitkoin bu gün 8,07 % bahalaşaraq 56,960 ABŞ dollardan satılıb. Halbuki bundan bir neçə dəqiqə əvvəl məzənnə 57 min ABŞ dollar həddini aşaraq 57,076 ABŞ dollardan satılırdı.

Qeyd edək ki, bitkoin məzənnəsi hələ dekabr ayının ortalarında artmağa başlayaraq 2017-ci ildə qeyd etdiyi 20,042 ABŞ dollarlıq tarixi rekordu keçmişdi. Bir qədər fasilədən sonra fevralın 8-də İlon Maska məxsus “Tesla” şirkəti bitkoinə 1,5 milyard ABŞ dolları yatırdığını açıqlayandan sonra məzənnə artımı yenidən davam edərək artıq fevralın 16-da 50 min ABŞ dollarlıq həddi aşıb.