“Brent” markalı neft yenə BAHALAŞDI

Dünya bazarlarında neft bahalaşmaqda davam edir.

ONN media  xəbər verir ki, “Brent” neftinin mart fyuçersləri 1,64% bahalaşaraq, 1 bareli 85,09 ABŞ dollarına satılıb.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti bundan əvvəl 2021-ci il noyabrın 10-da ilk dəfə bir barel üçün 85 dolları keçib.