ONN İnformasiya Agentliyi

Bu ölkədən Azərbaycana balıq ixracı böyük həcmdə artıb

Bu ölkədən  Azərbaycana balıq ixracı böyük həcmdə artıb
30 Noyabr 2020 - 11:42

Gürcüstandan Azərbaycana balıq ixracında artım qeydə alınıb.

ONN media  xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Bürosu məlumat verib.

Bildirilib ki, Gürcüstanın balıq ixrac etdiyi ölkələr arasında Türkiyə və Azərbaycan əsas ticarət ölkələridir. Gürcüstandan ümumilikdə 2 259,1 ton balıq ixrac edilib. Məhsulların ümumi dəyəri isə 1 milyon 167 min dollar təşkil edib.

Beləliklə, ilin doqquz ayı ərzində Gürcüstandan Azərbaycana 255,4 min dollar dəyərində 50,6 ton balıq ixrac edilib. Bu ötən illə müqayisədə 61,1 faiz çoxdur.

Qeyd edilib ki, 2019-cu ilin müvafiq dövründə Gürcüstandan Azərbaycana 239,1 min dollar dəyərində 31,4 ton balıq ixrac edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png