ONN İnformasiya Agentliyi

Bu ölkəyə neft nəql edə bilərik – SOCAR

Bu ölkəyə neft nəql edə bilərik – SOCAR
14 Yanvar 2020 - 22:51

Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik.

ONN media xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib ki, məsələ ilə bağlı danışıqlar aparılıb:

“Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik. Ancaq hələki bununla bağlı konkret bir şey yoxdur”.

Qeyd edək ki, Belarusun Baş nazirinin birinci müavini Dmitri Krutoy ölkəsinin Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft satın almaqla bağlı müraciət etdiyini deyib.

Baş nazirin müavini bildirib ki, Belarus hökuməti alternativ neft tədarükü mexanizmlərini araşdırır.

D.Krutoyun sözlərinə görə, hazırda zavodların və Belarus Neft Şirkətinin bütün xidmətləri gündəlik danışıqlar həyata keçirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png