Cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 134566 vergiödəyicisi qeydiyyata alınıb

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzininin məlumatına əsasən ONN media xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 134566 vergiödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28961 vergiödəyicisi və ya 27,4 faiz çoxdur.

Məlumata əsasən, qeydiyyata alınanlardan 9864-ü hüquqi, 124702-i fiziki şəxslərdir. Hüquqi şəxslərin qeydiyyatında artım 48,0 faiz təşkil edir.