ONN İnformasiya Agentliyi

Cavid İsmayıl: “Ən böyük iqtisadi layihələri Azərbaycansız təsəvvür etmək olmur”

Cavid İsmayıl: “Ən böyük iqtisadi layihələri Azərbaycansız təsəvvür etmək olmur”
29 Yanvar 2019 - 12:35

Cavid İsmayıl: “İslahatların nəticəsidir ki, xarici ivestorlarda bölgələrə investisiya yatırmalarına maraq yaranıb”

ONN media iqtisadçı alim, hüquqşunas Cavid İsmayılla prezident İlham Əliyevin regionların sosial iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi Dövlət Proqramları haqqında Olaylar-a verdiyi müsahibəni təqdim edir.

– Bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı Dövlət proqramı rayonların inkişafına necə təsir göstərir?

– Azərbaycan tarixi müstəqilliyini əldə etdikdən sonra müstəqil iqtisadi siyasət aparmağa başladı. Bilirsiniz ki, Sovetlərin tərkibindən ayrılıb, müstəqil olan dövlətimizin iqtisadiyyatını yenidən qurmaq, dünya dövlətləri ilə iqtisadi əlaqələrə qoşulmaq və xarici investorları ölkəmizə dəvət etmək lazım idi. Bunun üçün bölgələrdə iqtisadi həyat canlanmalı və regionların sosial-iqtisadi inkişafı ön palana çəkilməsi zəruri idi. Əlbəttə ki, regionlarda yaradılan sosial və istehsal infrastrukturası xarici investorların ölkəmizə cəlb edilməsi ilə yanaşı bütövlükdə, sahibkarlığın inkişafına öz müsbət töhfələrini verəcəkdi.

Bu baxımdan, ümummilli lider Heydər Əliyevin Respublika iqdisadiyyatının inkişafı istiqamətində qarşıya qoyduğu prioritet məsələlərdən biri də regionların dayanıqlı əsaslarla tarazlı inkişafı olmuşdu. Ümummilli lider Heydər Əliyev çox dəqiq bilirdi ki, ümumi iqtisadi inkişafa regionlarda iqtisadi inkişafa nail olmadan əldə etmək olmaz. Və ya əldə regionlarda iqtisadi inkişaf əldə edilmədən ümumi respublika üzrə əldə edilmiş iqtisadi naliyyət, təməlsiz inkişaf olmaqla müvvəqəti xarakter daşıyardı.

Bu da bəlli idi ki, Respublikada regionların sürətli və eyni zamanda dayanıqlı sosial-iqtisadi inkişafını əldə etmək üçüm mütləq kompleks şəkildə hazırlıq işləri aparılması zərurəti var idi. Elə bu baxımdan da məhs 1995-2003-cü illəri regionların sürətli və dayanıqlı sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi. Məhs 1995-ci ildən başlayaraq Respublikada iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv olunması, kolxoz və sovxozların nəzarətində olan torpaqların, mal-qaranın və əmlakın insanlara paylanması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, yeni iqtisadi münasibətə uyğun məhsulun qiymətlərinin sərbəstləşdirilməsi, ümumiyyətlə hərtərəfli iqtisadi islahatların aparılması, milli sahibkarlar sinfinin formalaşmasına xidmət etməklə regionların dayanıqlı, sosial-iqtisadi inkişafına əlverişli mühit yaratdı.

Elə bu uğurlu siyasətin davamı olaraq cənab İlham Əliyev prezident seçildiyi ilk vaxtlardan zamanında regionların sosial-iqtisadi inkişafına nail olunacağını qətiyyətlə vurğulamışdır. Beləliklə 2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, respublika iqtisadiyyatının inkişafında yeni mərhələyə keçid kimi tarixi anlam aldı.

Ölkə vətəndaşları artıq qəbul edilən həmin Dövlət proqramından yararlandılar. Həmin proqram bölgələrdə həyatın dirçəlməsinə, iqtisadi durumun yüksəlməsinə, insanların yaşam rifahının artmasına səbəb olmaqla yanaşı ümumiyyətlə, ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verdi. Vahid ölkə iqtisadiyyatının inkişafı üçün qəbul edilən bu Dövlət proqramı ilə yanaşı olaraq iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı üçün də Dövlət proqramları qəbul edildi və icra olundu.

Qeyd etdiyimiz ilk Dövlət proqramının icrası yekunlaşdıqdan sonra həmin proqramın davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildi. Bu proqramda da iqtisadiyyatın dinamik inkişafını təmin etmək üçün mühüm iqtisadi problemlər öz həllini tapdı. Daha sonra “Azərbaycan Respublikasıregionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” digər iki proqramın davamı kimi qəbul edilərək həyata keçirildi.

Dövlət proqramlarının inkişafı nəticəsində artıq ölkəmizdə müasir standartlara cavab verən yol infrastrukturası, gözəl məktəblər, xəstəxanalar, idman kompleksləri, istehsal sahələri, zavod, fabrik və s. mühüm əhəmiyyətli tikililər həyata keçirildi və yeni iş yerləri açıldı. Mən burada yol inrastrukturası üzərində xüsusilə, dayanmaq istərdim ki, bölgələrdə iqtisadi vəziyyətin yaxşılaşmasında yolun rolu çox mühümdür. Yol olmasa iqtisadi münasibətlərə daxil olmaq həqiqətən çətindir. Bu gün isə artıq Azərbaycanda müasir, rahat yol şəbəkələri mövcuddur.

Eyni zamanda onuda qeyd edim ki, bütün bu islahatların nəticəsidir ki, xarici ivestorlarda bölgələrə investisiya yatırmalarına maraq yaranıb və hazırda regionlarda xarici investorların fəaliyyəti göz qabağındadır. Təbii ki, bu istiqamətdə işlər davam etdirilməlidir.

– Dövlət proqramı sayəsində kənd təsərrüfatı sahəsində aparılan dəyişiklik və inkişaf haqqında söhbət açardınız…

-Yuxarıda 1995-2003-cü illəri regionların sürətli və dayanıqlı sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirərək bir neçə prinsipləlri qeyd etdim. Kənd təsərufatında ən mühüm hazırlıq işinin aparıldığı müddəalarda sadaladığım hallara əlavə olaraq ən mühüm adımlardan biri kimi özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borclarının silinməsi kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxsləri torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edilməsi məhs bu sahənin geniş inkişafına gətirib çıxardı.

Ulu öndər hələ sovetlər dönəmində apardığı islahatların nəticəsində Azərbaycanı Sovet İttifaqında kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olaraq, ən qabaqcıl kənd təsərrüfatına malik olan respublikaya, o cümlədən ağ qızıl sayılan pambıqçılıq və üzümçük respublikasına çevirmişdi.

Bu tarixi köklərə dayanaraq həyata keçirilən Dövlət proqramlarında qarşıya qoyulan ciddi məsələlərdən biri də aqrar sahənin inkişaf ediriliməsi: yəni köhnə avadanlıqları yeniləri ilə əvəz etmək, daxili istehsal gücünü artırmaq, ölkə fermerlerinin inkişafına nail olmaq və onlara hər cür dövlət dəstəyinin təmin edilməsi idi. Bu sahədə də ciddi naliyyətlər əldə olundu və ölkədə makroiqtisadi göstəricilərin artması müşahidə edildi. Ayrı-ayrı bölgələrdə aqro parklar yaradıldı və kənd təsərrfüatı texnikaları ilə fermerlər təmin edildi. Misal üçün qeyd edim ki, Gəncə Traktor Zavodunda istehsal edilən traktorlar aqrar sahənin inkişafında misilsiz xidmətlər göstərir. Həmçinin taxıl əkən fermerçilər üçün yeni kombaynların alınması, su təsərrüfatının yenidən qurulması, yeni su kanallarının çəkilişi, artezian quyularının qazılması aqrar siyasətinin nəticələridir.

2013-cü ildə aparılan statistik araştırmalara əsasən deyə bilərik ki, ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik

iqtisadi artım 12,9 % təşkil etmişdir. Kənd təsərrüfatının ümumi məhsulu son 10 ildə 1,5 dəfə, taxıl istehsalı 43,9 faiz, kartof istehsalı 29,1 faiz, tərəvəz 17,8 faiz, bostan məhsulları 20,5 faiz, meyvə və giləmeyvə 49,1 faiz, üzüm istehsalı isə 2,4 dəfə artmışdır.

– Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına hansı dəstəyi verdi?

– Bilirsiniz ki, dünyanın İEÖ-də gəlirin böyük bir hissəsini də turizm sektorundan gələn gəlirlər təşkil edir. Şübhəsiz ki, ölkəmiz güclü turizm potensialına malikdir və iqtisadiyyatın bu sahəsinin də inkişafı icra olunan Dövlət proqramlarında nəzərə alınıb. Artıq deyə bilərik ki, görülən işlərin sayəsində ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Sosial infrastruktura yaxşılaşdırlıb ki, bu da turizmin dirçəlməsinə səbəb olubdur. Bölgələrə çəkilən yollar və yol örtüklərinin təzələnməsi turizmin dinamik sıçrayışına səbəb olmuşdur. Dağlıq rayonlarımızda xüsusilə də füsunkar gözəlliyə malik olan ərazilərimizdə turizmin inkişafı üçün istirahət-düşərgə mərkəzləri tikilmişdir. Qədim tarixə malik olan abidələrimiz dövlət qayğısı sayəsində yenidən həyat qazanaraq yerli və xarici turistlərin ixtiyarına verilmişdir. Tək mərkəz Bakı şəhərində yox, bölgələrimizdə də bir-birinbdən gözəl otellər tikilmişdir ki, bu turizm sektorunun çiçəklənməsinə xidmət edir. Bir sözlə turizm sektorundan əldə olunan gəlirlərin ildən-ilə artmasının sayəsində dövlətin bu sahəyə qayğısı günü-gündən artmaqdadır.

Artıq ölkəmizin turizm sektorunun inkişafının nəticəsidir ki, Bakı ilə yanaşı bölgələrimizdə də tez-tez xarici qonaqlarla qarşılaşırıq. Ölkəmizdə turizm sahəsinin inkişafını təmin etmək üçün tur kompaniyaları keçirilir ki, bu da xarici qonaqlarımızın bölgələrlə yaxından tanış etməkdə müstəsna rol oynayır. Dövlət proqramları qəbul edilməsə, uğurla icrası həyata keçirilməsə idi biz bu gün qeyd etdiyimiz yeniliklərdən bəlkə də danışa bilməzdik.

– Azərbaycan iqtisadiyyatının bu cür inkişafı onu dünya ölkələrinə necə tanıdır?

– Sualınız üçün öncə təşəkkür edirəm. Yəqin ki, beynəlxalq təşkilatların dərc elədikləri jurnalları izləyirsiniz və orada ildən-ilə Azərbaycanın iqtisadi göstəricilərinin artım dinamikasının şahidi olursunuz. Artıq ölkəmizin iqtisadi inkişafı barəsində dünyanın iqtisadi elitasının müsbət fikirləridə hər birimizə məlumdur.

Bu yaxınlarda Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində səfərdə olan Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibədən çox qısa lakin mənası çox böyük olan bir fikri nəzərinizə çatdırmaq istəyirəm “…. biz iqtisadi nöqteyi-nəzərdən heç bir ölkədən asılı deyilik”.

Cənab prezidentin bu fikri bir çox məqamlara aydınlıq gətirir. Düzgün aparılan siyasətin nəticəsində dünya da tanınmış böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb edilərək Vətənimiz, çox böyük tərəqqiyə nail oub. Eyni zamanda böyük layihələrin təməlində duran bu tərəqqi, bütün sahələrdə inkişafın başlıca əsaslarındandır. Artıq neçə on illərdir ki, və bu gün də dünya da ən böyük iqtisadi layihələri Azərbaycansız təsəvvür etmək olmur. Bu proses hələ uzun illər davam edəcəkdir.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png