ONN İnformasiya Agentliyi

Çin Azərbaycan ərazisindən Avropaya yük daşımalarını artırıb

Çin Azərbaycan ərazisindən Avropaya yük daşımalarını artırıb
20 Yanvar 2018 - 18:52

Çinin Sintszyan-Uyğur muxtar rayonunun Urumçi şəhəri Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb.

ONN media  Trend-ə istinadən bildirir ki, mühəndis avadanlıqları və digər mallarla yüklənmiş qatar ötən gün Urumçidən yola düşüb.

Qeyd olunur ki, "Şərq-Qərb" dəhlizi ilə Avropaya yükü çatdırmalı olan qatar Qazaxıstanın limanında dayanacaq, daha sonra yük dəniz yolu ilə Bakıya, buradan da Avropaya çatdırılacaq.

Marşrutun ümumi uzunluğu 4 186 kilometr təşkil edir. Çindən Avropaya yüklər 8 günə çatdırılacaq.

Qeyd edək ki, 2018-ci ildə Urumçidən Avropaya 1400 yük qatarının yola salınacağı planlaşdırılır. "Şərq-Qərb" Nəqliyyat Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Çindən Avropaya və əks istiqamətdə yüklərin tədarükü üçün nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png