ONN İnformasiya Agentliyi

Daha bir kəndə ilk dəfə təbii qaz verildi

Daha bir kəndə ilk dəfə təbii qaz verildi
11 Yanvar 2018 - 15:50

Yanvarın 11-də Beyləqan rayonunun İmamverdili kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən ONN media-ya verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 229 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 27 111 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Beyləqan rayonunun Birinci Şahsevən kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda işlər yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png