ONN İnformasiya Agentliyi

Dollarla bağlı VACİB QƏRAR

Dollarla bağlı VACİB QƏRAR
19 Sentyabr 2019 - 20:47

ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb.

ONN media  bildirir ki, tənzimləyici sentyabrın 17-18-də keçirilən iclasın nəticəsinə əsasən illik baza faiz dərəcəsini 2-2,5 faizdən 1,75-2 faizə salıb.

Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb. FED bir qədər əvvəl də uçot dərəcəsini 0,25 faiz azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib.

Faiz azalması ABŞ prezidenti Donald Trampın uçot dərəcəsinin yüksək olması ilə bağlı tənqidləri fonunda baş verib. C.Pauel isə FED-in qərarlarının siyasi xarakter daşımadığını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png