ONN İnformasiya Agentliyi

Ekspert: Avtomobillərdə ucuzlaşma gözlənilir

Ekspert: Avtomobillərdə  ucuzlaşma gözlənilir
30 Noyabr 2017 - 21:10

Oktyabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də “online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.

ONN media-nın xəbərinə görə, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynovun sözlərinə görə, bazarda təklif artıb, aktivlik isə aşağı düşüb.

Ekspert bildirib ki, buna baxmayaraq ay ərzində avtomobil bazarında qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb:

“Avtomobil bazarında qiymətləri əsasən avtomobil alqı-satqısı ilə məşğul olanlar tənzimləyir. Aktivlik olanda avtomobil baha satılmır. Hazırda qiymətlər ciddi dəyişməyib”.

Ekspert hesab edir ki, dekabr ayında qiymətlərdə 10 faizə qədər azalma ehtimalı var.

O qeyd edib ki, avtomobil satanlar bayram ərəfəsində bir az ucuz da olsa, avtomobilini satmağa çalışacaq və bu baxımdan da qiymətdə azalma müşahidə ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png