ONN İnformasiya Agentliyi

“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib
07 Noyabr 2017 - 23:33

ONN media bildirir ki, Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatına başlanılmasının 68 yaşı tamam olduğu bu gün birlik daha bir uğura imza atıb. “Azneft” İstehsalat Birliyi tərəfindən istismar edilən neft-qaz yataqları sırasında öz zənginliyi ilə seçilən “Günəşli” yatağında beynəlxalq standartların tələblərinə uyğun görülmüş qazma, tikinti və mənimsəmə işləri uğurla başa çatmış və yüksək debitli 29 nömrəli kəşfiyyat quyusu istismara verilib. Quyuda qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edilib.

“Günəşli” yatağındakı yeni istismara verilmiş 7 saylı dərin dəniz özülündən qazılan kəşfiyyat quyusunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, Qala lay dəstəsi-3 horizontunun 3784-3760 metr dərinlik intervalına süzgəclər açılıb. Mənimsəmə-sınaq işləri nəticəsində, ilkin olaraq 30-50 ton arası kondensat və 200 min kubmetr qaz hasilatı ilə mənimsənilməyə başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png