ONN İnformasiya Agentliyi

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib
27 Dekabr 2017 - 1:20

Dekabrın 26-da Azərbaycan Respublikası Hesablama Palatası (Palata) Kollegiyasının növbəti iclası keçirilib.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətinə, dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların və Prezidentin Ehtiyat Fondundan çoxmənzilli binaların əsaslı təmiri üçün ayrılan vəsaitlərin istifadəsinin təhlillərinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png